UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında qarşılaşma başlayıb.
Postxronika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç saat 20:00-da start götürüb.
Görüşü İngiltərədən olan baş hakim Stüart Etuel idarə edir.
Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Dinamo” 1:0 hesabı ilə qalib gəlib.