Azərbaycan, Macarıstan və Qazaxıstan Müdafiə nazirlikləri arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi məqsədilə işçi görüşü keçirilib.
Postxronika.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanın kommunikasiya strategiyası, informasiya təminatı və dezinformasiyalara qarşı mübarizə tədbirləri barədə məlumat verilib.
Nümayəndə heyətlərinə informasiya və kommunikasiya fəaliyyəti, hərbi-mülki əməkdaşlıq, ictimaiyyətlə əlaqələr, sosial media platformaları və vətəndaş müraciətləri ilə bağlı brifinqlər təqdim olunub.
Görüşdə üç ölkənin ordusunda strateji kommunikasiya və informasiya fəaliyyətinin təşkili, eləcə də hərbi-mülki əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Sonda nümayəndə heyətləri Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası və Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.