UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Təmsilçimiz "Qarabağ" doğma meydanda Ukrayna klubu "Dinamo Kiyev" ilə üz-üzə gəlib. Matç "Kəhər Atların" qələbəsi ilə başa çatıb.

Postxronika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda hesab 12-ci dəqiqədə açılıb. Hücumçu Jali Muaddib Ağdam klubunu hesabda önə keçirib. 1-ci hissə "Qarabağ"ın minimal hesablı üstünlüyü ilə başa çatıb. 69-cu dəqiqədə Aleksey Kaşuk qapını dəqiq nişan alıb. Beləliklə, "Qarabağ" "Dinamo Kiyev"i 2:0 hesabla məğlub edərək UEFA Konfrans Liqasının Pley-off mərhələsinə vəsiqə qazanıb.

Türkanə Muradlı