Postxronika.az xəbər verir ki, İstanbulda hesab 1-ci hissənin sonlarında açılıb. Çexiyalı yarımmüdafiəçi Vaslav Çerni topu rəqib qapısından keçirib. Elə bu da matçın yeganə qolu olub.
Nəticədə, "Beşiktaş" "Qradeç -Kralove" üzərində ilk oyundakı kimi minimal hesablı qələbəni təkrarlayaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Çexiya təmsilçisi isə mübarizəni Konfrans Liqasının seçmə mərhələsində davam etdirəcək.
Qeyd edək ki, "Qara Qartallar" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Dinamo Zaqreb"ə hər iki oyunda məğlub olan Litva təmsilçisi "Kauno Jalqiris" ilə pley-off mərhələsində qarşılaşacaq.
Türkanə Muradlı