Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli, Cəlilabad rayonunun Alar, Sabirabad rayonunun Nərimankənd və Saatlı rayonunun Qaracalar kəndləri ərazilərində yanğın hadisələri baş verib.

Postxronika.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yanğın hadisələrinə səbəb olan şəxslər müəyyən ediliblər. Araşdırmalar zamanı yanğınların həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğınlar nəticəsində ümumilikdə 2 hektara yaxın ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.