Avqustun 13-də ölkə ərazisində qeydə alınan və əvvəlki dövrlərdən bağlı qalan cinayətlərin açılması istiqamətində tədbirlər həyata keçirilib.
Postxronika.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən avqustun 13-də qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.