Yol hərəkəti qaydalarına riayət etmək piyadaların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Postxronika.az Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, piyadalar yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən keçməli, hərəkət zamanı diqqətli olmalı və təhlükəsizliyə əmin olduqdan sonra yolu keçməlidirlər.
Qeyd olunub ki, yolda bir anlıq diqqətsizlik belə ağır nəticələrə səbəb ola bilər.