Paytaxtın Xəzər və Xətai rayonlarında oğurluq və soyğunçuluq hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Postxronika.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində naməlum şəxs azyaşlının mobil telefonunu talayaraq ələ keçirib. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı M.Cabbarov saxlanılıb.

Digər əməliyyat zamanı Xətai rayonu ərazisində sakinlərdən birinin evindən 2400 manat dəyərində qızıl-zinət əşyaları və pul vəsaitlərini oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.