Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən müsabiqənin nəticələrini elan edib.
Postxronika.az bu barədə DİM-ə istinadən xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri ilə DİM-in internet saytında, həmçinin “iş nömrəsi”ni mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Qəbul olunan şəxslər orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatdan yalnız “my.gov.az” portalı vasitəsilə keçəcəklər. Qeydiyyat avqustun 19-u saat 15:00-dan avqustun 31-i saat 18:00-dək davam edəcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.