Xırdalan–Sumqayıt sahəsi üzrə sərnişin qatarlarının hərəkətinin bərpası üçün hazırlıq işlərinə başlanılıb.
Postxronika.az “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmir yolu xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb.
Hazırda Xırdalan–Sumqayıt sahəsində yol infrastrukturuna baxış keçirilir, yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir.
Bütün işlər başa çatdıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə qatarların hərəkətinin yeni tədris ili başlayana qədər bərpa olunması planlaşdırılır.
Qatarlar həftənin bütün günlərində mövcud dayanacaqlar üzrə hərəkət edəcək.