Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Kürdəmir rayonunda yerləşən “Azərsüd” MMC-nin fəaliyyəti ilə tanış olub.

Postxronika.az AQTA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 14-də müəssisəyə baş çəkən AQTA sədri südün qəbulu və emalı proseslərini izləyib, laboratoriyaya, həmçinin “Azərsüd” əmtəə nişanlı süd və kərə yağı istehsalı sahələrinə baxış keçirib.

Müəssisə rəhbərliyi tərəfindən istehsal sahələrində görülən işlər, istehsal proseslərinin təşkili, tətbiq olunan texnologiyalar və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Qoşqar Təhməzli süd və süd məhsullarının istehsalı prosesində qida təhlükəsizliyi tələblərinə riayət olunmasının və istehlakçıların sağlamlığının qorunmasının vacibliyini vurğulayıb.