Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatı keçirilir.

Postxronika.az Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən Saleh Sultanov (J1, 81 kq) 1/4 finalda fransalı Cyril Jonarda məğlub olub.

Təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Zhuzhgovu məğlub edən idmançımız bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Mishiko Shiobrishviliyə qalib gəlib.

Beləliklə, Saleh Sultanov Avropa çempionatının bürünc medalını qazanıb.