Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətində Rıbalskoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Postxronika.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yaşayış məntəqəsi “Vostok” qoşun qruplaşmasının bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində nəzarətə götürülüb.

Nazirliyin məlumatına görə, döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi yarılıb. Qarşı tərəfin bir bölüyədək şəxsi heyət itirdiyi, 7 zirehli döyüş texnikası, 10 avtomobil, 13 yerüstü robot sistemi və 20-dən çox ağır R-18 helikopter tipli pilotsuz uçuş aparatının məhv edildiyi bildirilib.

Qeyd olunub ki, Rıbalskoyenin ələ keçirilməsi nəticəsində “Vostok” qoşun qruplaşması Novoye Pole yaşayış məntəqəsinin şimal-qərbində nəzarət zonasını genişləndirib və Zaporojye istiqamətində irəliləyişini davam etdirib.