Abdullah Zubir “Qarabağ” futbol klubundan ayrılıb.
Postxronika.az xəbər verir ki, 34 yaşlı fransalı yarımmüdafiəçi ötən gün komandanın düşərgəsini tərk edərək Qətərə yollanıb.
Zubirin Qətərin “Əl-Şahaniya” klubu ilə müqavilə imzalayacağı gözlənilir. Futbolçu tibbi müayinədən keçdikdən sonra transferin rəsmi açıqlanacağı bildirilib.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir.