Rusiyanın Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan daha 10 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

Onun sözlərinə görə, PUA-ların qalıqlarının düşdüyü ərazidə fövqəladə xidmət əməkdaşları fəaliyyət göstərir.

Bununla da günün əvvəlindən Moskva istiqamətində məhv edilən PUA-ların sayı 21-ə çatıb.