Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Postxronika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, avqustun 22-25-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 40-41 dərəcəyədək yüksələcək.