ABŞ və İran arasında təxminən altı aydır davam edən qarşıdurma hərbi əməliyyatların dayanmasına baxmayaraq, siyasi və iqtisadi müstəvidə gərgin olaraq qalır. Vaşinqtonun yeni sanksiyalar hazırlaması Tehranla münasibətlərdə növbəti qarşıdurma mərhələsinin başlanacağı ehtimalını artırıb.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, İran ABŞ-nin yeni iqtisadi sanksiyalar tətbiq etmək planını kəskin şəkildə pisləyib. Tehran hesab edir ki, yeni məhdudiyyətlər ölkə iqtisadiyyatına və İranın əsas ticarət tərəfdaşlarına, xüsusilə Çinə təsir göstərə bilər.
ABŞ Maliyyə naziri Skott Bessentin bazar ertəsi yeni sanksiyalarla bağlı açıqlama verməsi gözlənilir. Vaşinqton daha əvvəl İranın iqtisadiyyatına qarşı “tarixin ən sərt sanksiyaları”nı tətbiq edə biləcəyini açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sanksiyaları beynəlxalq hüquq baxımından qanunsuz adlandırıb. Tehran bildirir ki, ABŞ-ın digər ölkələrə də İranla iqtisadi əlaqələri məhdudlaşdırmaq tələbi həmin dövlətlərin suverenliyinə müdaxilədir.
Atabəy Abbaszadə