Hörmüz boğazında yaranmış vəziyyət Yaxın Şərq böhranının qlobal enerji bazarına ən ciddi təsirlərindən biri olaraq qalır. Boğazdan keçən gəmilərin sayının kəskin azalması neft və qaz tədarükü ilə bağlı narahatlığı artırıb.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Hörmüz boğazında neft daşımaları faktiki olaraq dayanıb. Gəmi izləmə məlumatlarına əsasən, cümə axşamı boğazdan cəmi dörd yük gəmisi keçib və onların heç biri böyük neft tankeri və ya mayeləşdirilmiş təbii qaz daşıyan tanker olmayıb.
Müharibədən əvvəl boğazdan gündəlik 20 milyon bareldən çox neft daşınırdı. Bu, dünyada istehlak olunan neftin təxminən hər beş barelindən birinə bərabər idi. Hazırda ABŞ rəsmiləri boğazdan gündəlik orta hesabla 8 milyon barel neftin daşınmasına kömək göstərildiyini bildirirlər.
İran isə xüsusi icazəsi olmayan neft tankerlərini hədəfə almaqla hədələyir. Bununla yanaşı, Tehran İraqın müraciətindən sonra bir sıra İraq neft tankerlərinin boğazdan keçməsinə icazə verib.
Atabəy Abbaszadə