Qadın idmanında performans və sağlamlıqla bağlı elmi araşdırmaların genişləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq artır. Təşəbbüs xüsusilə qadın idmançılar haqqında mövcud elmi məlumatlardakı boşluqların aradan qaldırılmasına yönəlib.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Qadın İdmançıların Qlobal Alyansına Kanada, Fransa, Almaniya, Yaponiya və İsveçrə də qoşulub.

Təşəbbüs idmançıların hazırlığı, sağlamlığı və performansı ilə bağlı elmi nəticələrin daha geniş paylaşılmasını nəzərdə tutur. Tədqiqatların əsas istiqamətlərindən biri qadın idmançılarda ön çarpaz bağ zədələnmələrinin daha yüksək riskinin araşdırılmasıdır. 

Atabəy Abbaszadə