Yaxın Şərqdə müharibənin uzanması böyük dövlətləri diplomatik mövqelərini daha aydın ifadə etməyə vadar edir. Çin də bölgədə hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınmasını vacib hesab edir.

Postxronika.az xəbər verir ki, Çinin xarici işlər naziri Van İ Yaxın Şərq və Körfəz regionunun yenidən kritik mərhələyə daxil olduğunu bildirib.

Reuters-in məlumatına görə, Van İ tərəfləri mümkün qədər tez dialoq və danışıqlara qayıtmağa çağırıb.

Çinli nazir bu fikirləri Küveytin xarici işlər naziri ilə Pekində görüşü zamanı səsləndirib. Pekinin mövqeyi ondan ibarətdir ki, regionda gərginliyin daha da yüksəlməsi yalnız Yaxın Şərq ölkələri üçün deyil, qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün də ciddi nəticələr yarada bilər.

Atabəy Abbaszadə