Təbii fəlakətlər dünyanın müxtəlif bölgələrində ciddi nəticələr yaratmaqda davam edir. Fransada güclü tornado yaşayış məntəqələrində dağıntılara səbəb olub.
Postxronika.az xəbər verir ki, Fransanın cənub-qərbində baş verən tornado nəticəsində 300-dən çox evə ziyan dəyib, onlarla insan xəsarət alıb.
Reuters-in 25 avqust tarixli məlumatlarına görə, hadisə regionda ciddi maddi ziyan yaradıb. Təbii fəlakətin təsirləri ilə bağlı qiymətləndirmə davam edir.
Atabəy Abbaszadə