Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq müddətə həbs edilib.

Postxronika.az-ın News.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə vəkil Aleksandr Koçubayev açıqlayıb.

Onun sözlərinə görə, Sedrak Köçəryanın görüş hüququ da məhdudlaşdırılıb. Ona yalnız həyat yoldaşı və uşaqları ilə görüşməyə icazə verilib.