ABŞ Prezidenti Donald Tramp boğazda mina təhlükəsinin aradan qaldırıldığını açıqlasa da, strateji su yolunda enerji daşımaları hələ də diqqət mərkəzindədir.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının beynəlxalq sularında yerləşdirilmiş minaların partladıldığını və ya ərazidən çıxarıldığını bildirib.
Trampın sözlərinə görə, İrana yeni mina yerləşdirəcək hər hansı gəmi və ya qayığın məhv ediləcəyi barədə xəbərdarlıq edilib. ABŞ Prezidenti həmçinin ABŞ-ın Kosmik Qüvvələri vasitəsilə boğazın hər qarışının izlənildiyini açıqlayıb.
Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Reuters-in məlumatına görə, son dövrdə boğazdan keçən neft daşımalarının həcmi müharibədən əvvəlki səviyyə ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Boğazda mümkün uzunmüddətli təhlükəsizlik problemi neft və qaz qiymətlərinə, eləcə də Asiya və Avropa ölkələrinin enerji təchizatına ciddi təsir göstərə bilər.
Atabəy Abbaszadə