Himalaylarda baş verən güclü daşqın Nepal və Çində genişmiqyaslı dağıntılara səbəb olub, xilasetmə əməliyyatları davam edir.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Nepal və Çində baş verən dağıdıcı daşqın nəticəsində yüzlərlə insan həyatını itirib, mindən çox şəxsin isə itkin düşdüyü bildirilir.

Reuters-in məlumatına görə, Nepalda xilasetmə qrupları selin dağıtdığı ərazilərdə sağ qalanları axtarır. Dağlıq ərazilərdə buz, palçıq və qayalardan ibarət böyük kütlənin çay vadisinə tökülməsi güclü daşqına səbəb olub.

Nepalın turizm rəsmiləri bildiriblər ki, itkin düşənlər arasında 31 ölkənin vətəndaşları da var. Ümumilikdə 667 turistdən xəbər alınmadığı, onların 540-nın xarici ölkə vətəndaşı olduğu açıqlanıb.

Çinin Tibet bölgəsində də vəziyyət ağır olaraq qalır. Hakimiyyət orqanları yeni daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edib. 

Atabəy Abbaszadə