“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində qarşılaşacağı bütün rəqiblər müəyyənləşib. Azərbaycan çempionu Bakıda “Barselona”, Dortmund “Borussiya”sı, “Napoli” və “Slaviya” ilə üz-üzə gələcək.
Postxronika.az xəbər verir ki, Bakı təmsilçisi səfərdə isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” klubları ilə qarşılaşacaq. Beləliklə, “Sabah” liqa mərhələsində ümumilikdə 8 fərqli rəqiblə mübarizə aparacaq. Görüşlər 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin finalı isə 2027-ci il iyunun 5-də Madriddə baş tutacaq.
“Sabah”ın Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu