Küləkli hava şəraiti ilə əlaqədar baş verən iki ayrı hadisə nəticəsində iki qadın xəsarət alıb.
Postxronika.az Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata istinadən xəbər verir ki, 1952-ci il təvəllüdlü qadın saat 20:20-də küləyin təsiri ilə yıxılaraq sağ ayağından, 1987-ci il təvəllüdlü qadın isə saat 20:40-da hərəkət edən qapının təsiri nəticəsində sol əlindən xəsarət alıb. Hər iki şəxsə tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Mütəxəssislər güclü külək zamanı vətəndaşları ağacların, reklam konstruksiyalarının və digər təhlükəli obyektlərin yaxınlığında dayanmamağa çağırıblar.
Güclü külək nəticəsində iki nəfər xəsarət alıb