Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub. Yarışın finalında “Ulduz” FA ilə Polşanın “Drukarz” komandası üz-üzə gəlib.
Postxronika.az xəbər verir ki, qarşılaşma Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb və “Drukarz” turnirin qalibi olub. Üçüncü yer uğrunda matçda isə Özbəkistanın “Paxtakor”u “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb. Fərdi nominasiyalarda Giorgi Zekalaşvili (“Dinamo Tbilisi”) ən yaxşı oyunçu, Əli Əliyev (“Qarabağ”) bombardir, Dilqəm Salmanov (“Ulduz” FA) isə ən yaxşı qapıçı seçilib. Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutan yarışda 7 ölkədən 12 komanda mübarizə aparıb.