Nepalda baş verən güclü daşqınlar nəticəsində təxminən 1000 nəfər itkin düşüb, 3200-dən çox insan isə xilas edilib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması və İdarəolunması üzrə Milli İdarəsinin məlumatına görə, itkin düşənlərin sayı 977 nəfərdir. Onların arasında 28 polis əməkdaşı, 58 hərbçi və 517 xarici turist var. Hazırda xilasetmə əməliyyatına 13 295 nəfər cəlb olunub və indiyədək 3253 nəfər təhlükəsiz əraziyə çıxarılıb. İlkin məlumatlara əsasən, Nepal-Çin sərhədində qar və qaya uçqununun yaratdığı daşqın nəticəsində təxminən 469 nəfərin meyiti aşkar edilib.