Yaponiyadan olan 15 tələbə avqustun 12-20-də qısamüddətli gənclər mübadilə proqramı çərçivəsində Sankt-Peterburqa səfər edib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu, son yeddi ildə hökumətlərarası səviyyədə təşkil olunan ilk belə mübadilə proqramıdır. Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hazırda yaponiyalı tələbələrin Rusiyaya növbəti səfərləri ilə bağlı konkret plan yoxdur. Onun sözlərinə görə, gələcək qısamüddətli mübadilə proqramlarının keçirilməsi bu səfərin nəticələrindən asılı olaraq ayrıca nəzərdən keçiriləcək. Hələlik yeni proqramların təşkili ilə bağlı hər hansı qərar qəbul edilməyib.