Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlanılıb.
Postxronika.az ADY-nin məlumatına istinadən xəbər verir ki, işlərin əsas məqsədi bu istiqamətdə qatarların təhlükəsiz və etibarlı hərəkətini təmin etməkdir. Bərpa işləri ilə əlaqədar şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib, eyni zamanda gündəlik reyslərin sayı 84-dən 90-a çatdırılıb. İşlər başa çatdıqdan sonra xətt üzrə sürət həddinin artırılması, qatarların hərəkət cədvəlinin yenidən tənzimlənməsi və Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşımanın bərpası nəzərdə tutulur.
ADY hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpa olunacağını bildirib.