Nigerin paytaxtı Niameydə üsyançı hərbçilərin strateji obyektlərə hücumu nəticəsində şəhərdə saatlarla atəş səsləri və partlayışlar eşidilib.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, üsyançı hərbçilər hava limanına və prezident iqamətgahına hücum edib, dövlət televiziyası və radiosunun yayımı isə qısa müddətə dayandırılıb.
Niger Müdafiə Nazirliyi hökumətə sadiq qüvvələrin hücuma məruz qalan ərazilərə nəzarəti tədricən bərpa etdiyini açıqlayıb. Bununla belə, təhlükəsizlik mənbələri hava limanı ətrafında vəziyyətin hələ də qeyri-müəyyən olduğunu bildiriblər.
Hadisə 2023-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Abdourahamane Tianinin hakimiyyəti üçün yeni sınaq hesab olunur. Niger son illərdə Qərb ölkələrindən uzaqlaşaraq Rusiya ilə əlaqələrini gücləndirib.
Atabəy Abbaszadə