İslandiyada seçicilər ölkənin Avropa İttifaqına üzvlük danışıqlarını yenidən başlatmasının mümkün olub-olmadığını müəyyənləşdirmək üçün referendumda səs veriblər.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, referendum ölkənin Aİ-yə avtomatik üzvlüyünü nəzərdə tutmur. Müsbət nəticə yalnız Brüssellə üzvlük danışıqlarının yenidən başlanmasına imkan verəcək.
Səsvermə ərəfəsində ölkədə əsas müzakirə mövzuları iqtisadi vəziyyət, yüksək yaşayış xərcləri, təhlükəsizlik, milli suverenlik və balıqçılıq hüquqları olub.
Reuters-in məlumatına görə, İslandiyanın Mərkəzi Bankının əsas faiz dərəcəsi 8 faizdir. Avropa Mərkəzi Bankında bu göstəricinin 2,25 faiz olması Aİ tərəfdarlarının iqtisadi arqumentlərini gücləndirən əsas amillərdən biridir.
Atabəy Abbaszadə