Ukraynada Rusiya hava hücumlarının ölkənin ərzaq təchizatı və logistika sisteminə ciddi zərər vurduğu bildirilir.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Ukraynanın kənd təsərrüfatı naziri Taras Vısotski ölkədə pərakəndə satış şəbəkələrinin ərzaq logistikasının təxminən 90 faizinin məhv edildiyini bildirib.
Son günlər Rusiya qüvvələri Kiyev və ətraf ərazilərdə anbarlara, logistika mərkəzlərinə, poçt terminallarına və iri ticarət obyektlərinə zərbələr endirib. Hücumlar nəticəsində bəzi supermarketlərdə meyvə-tərəvəz, süd məhsulları və şəkər kimi ərzaqların dövri olaraq çatışmadığı qeyd olunur.
Ukrayna rəsmiləri hücumların məqsədinin Kiyevin logistika və iqtisadi fəaliyyətini iflic etmək, həmçinin hava hücumundan müdafiə sistemlərinə təzyiqi artırmaq olduğunu bildirirlər.
Atabəy Abbaszadə