Nepalda buzlaqın dağılması nəticəsində baş verən dağıdıcı daşqından sonra axtarış-xilasetmə əməliyyatları yenidən başlayıb.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Nepalda ən azı 669, Çinin Tibet bölgəsində isə 7 nəfər ölüb. Təxminən 3 min insanın taleyi hələ məlum deyil.

Daşqın binaları, körpüləri və elektrik stansiyalarını dağıdıb. Nepal hökuməti ölkənin bərpa işləri üçün ilkin olaraq 4-5 milyard dollar arasında vəsaitə ehtiyac duyacağını açıqlayıb.

Axtarış-xilasetmə işlərinə Hindistan və Çin də texniki yardım göstərir. Nepal hökuməti xüsusilə tunellərdə xilasetmə, dağıdılmış nəqliyyat və rabitə əlaqələrinin bərpası, meyitlərin identifikasiyası və DNT analizləri sahəsində beynəlxalq dəstəyə ehtiyac olduğunu bildirib.

Atabəy Abbaszadə