İtaliyanın Baş naziri Giorgia Meloni ölkənin İkinci Dünya müharibəsindən sonrakı tarixində ən uzunömürlü hökumətə rəhbərlik etməyə hazırlaşır.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Meloninin hökuməti ölkənin siyasi tarixində mühüm davamlılıq göstəricisinə çatmaq üzrədir. Onun rəhbərlik etdiyi koalisiya 2022-ci ilin oktyabrından hakimiyyətdədir.
Meloni sentyabrın 4-də keçiriləcək mitinqdə hökumətin bu göstəricisini qeyd etməyi planlaşdırır.
Reuters qeyd edir ki, İtaliya uzun illər ərzində siyasi qeyri-sabitliyi ilə tanınsa da, son dövrdə vəziyyət dəyişib. Ölkədə son 80 il ərzində 68 hökumət fəaliyyət göstərib.
Bununla belə, 2027-ci ildə keçiriləcək parlament seçkiləri qarşıdakı dövrdə siyasi mənzərənin yenidən parçalanmasına səbəb ola bilər. Rəy sorğuları seçkilərdən sonra daha mürəkkəb koalisiya danışıqlarının mümkünlüyünü göstərir.
Atabəy Abbaszadə