Seneqal və Beynəlxalq Valyuta Fondu arasında yeni maliyyə proqramı üzrə danışıqlarda irəliləyiş əldə olunub.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, BVF nümayəndə heyətinin avqustun 19-da başlayan missiyasının çərşənbə axşamı başa çatması gözlənilir. Danışıqların yeni kredit proqramı ilə bağlı olduğu bildirilir.

BVF 2024-cü ildə Seneqal hökumətinin ölkənin borc göstəricilərinin əvvəl açıqlanandan xeyli yüksək olduğunu bildirməsindən sonra 1,8 milyard dollarlıq proqramı dayandırmışdı.

Hazırkı danışıqlarda ölkənin gizli borc məsələsinin həlli, dövlət maliyyəsinin sabitləşdirilməsi və borc yükünün idarə olunması əsas məsələlər sırasındadır.

Reuters-ə danışan mənbə danışıqların konstruktiv şəkildə davam etdiyini və missiyanın yekununda “müsbət inkişafların” gözlənildiyini bildirib. Seneqalın kredit reytinqi isə borcun yenidən maliyyələşdirilməsi ilə bağlı artan risklər fonunda ötən gün Moody's tərəfindən aşağı salınıb.

Atabəy Abbaszadə