Kiyevdə iki gün ard-arda səhər saatları atışma xəbərləri ilə açılıb. Hadisə ilə əlaqədar şəhərdə silahlı cinayətkarın saxlanılması üçün xüsusi əməliyyat elan edilib.
Postxronika.az xəbər verir ki, insident Kiyevin Svyatoşino rayonunda qeydə alınıb. Polisin verdiyi məlumata görə, atışma nəticəsində bir nəfər xəsarət alıb və hazırda həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilir.
Şübhəli şəxsin yerinin müəyyənləşdirilməsi və tutulması məqsədilə ərazi və baş polis idarələrinin şəxsi heyəti ayağa qaldırılıb. Əməliyyata, həmçinin xüsusi təyinatlı "KORD" bölməsinin döyüşçüləri də daxil olmaqla əlavə qüvvələr cəlb olunub. Polis hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirir.