Danimarka yaxın tarixdə ilk dəfə olaraq öz hərbi mükəlləfiyyətçilərini (çağırışçılarını) Qrenlandiya ərazisinə yerləşdirib. Kopenhagen rəhbərliyi ABŞ-ın adanı əldə etmək barədə təkrar tələblərindən sonra Arktika regionundakı hərbi mövqelərini və mövcudluğunu gücləndirmək qərarına gəlib.

Postxronika.az xəbər verir ki, danimarkalı hərbçilər regionda təhlükəsizlik tədbirlərinin artırılması və müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədilə xüsusi təlim və əməliyyat tapşırıqlarına cəlb olunublar. Rəsmi Kopenhagen bu addımı adanın suverenliyinin qorunması və strateji maraqların təmin edilməsi istiqamətində vacib mərhələ kimi qiymətləndirir.