Rusiya Tatarıstandakı "Alabuga Politex" ərazisində yerləşən ən böyük "Şahid" dronları fabrikini sürətlə böyüdür. BILD nəşrinin peyk təsvirləri əsasında apardığı təhlilə görə, ərazidə yeni istehsal sahələri, anbarlar və nəqliyyat xətləri inşa olunur, genişlənmə meydanı isə 1000 hektardan çox ərazini əhatə edir.
Postxronika.az xəbər verir ki, obyektin müdafiə sistemi də əhəmiyyətli dərəcədə gücləndirilir. İstehsal zonalarının ətrafında Ukrayna dronlarından qorunmaq üçün aralarında metal torlar çəkildiyi ehtimal edilən iki qat qüllə halqası tikilir, həmçinin yaxınlıqda HHM (Hava Hücumundan Müdafiə) mövqeləri qurulur.
CSIS-in qiymətləndirməsinə görə, hazırda "Alabuga" ayda 5500-dən çox dron istehsal edir. Lakin Ukrayna kəşfiyyatının məlumatına əsasən, hədəf zərbə mənşəli "Geran" PUA-larının istehsalını ayda 11 min ədədə çatdırmaqdır. Bu cür böyük həcmləri təmin etmək üçün təsərrüfata getdikcə daha çox işçi qüvvəsi cəlb olunur, hətta pilotsuz aparatların yığılması prosesinə yetkinlik yaşına çatmayanlar da qoşulur.