Leypsiq hava limanına pilotsuz uçuş aparatları ilə təşkil olunan hücumda Avropa ölkələrindən birinin əli ola biləcəyi iddia olunur. "Clash Report" nəşrinin məlumatına görə, əməliyyatın mümkün halqalarından biri Serbiya olub və ehtimal edilən icraçılardan biri hücumdan dərhal sonra məhz bu ölkəyə yollanıb.

Postxronika.az xəbər verir ki, Qərb xüsusi xidmət orqanları Rusiya kəşfiyyatının Avropada təxribatlar törətmək üçün icraçıları Serbiya vasitəsilə işə götürdüyünü və təlimatlandırdığını bildirir.

Bununla belə, rəsmi Berlin baş vermiş hücumda birbaşa Moskvanı ittiham edir. Almaniya hökuməti cavab tədbiri olaraq Rusiyanın Bonndakı konsulluğunu bağlamağı, Berlindəki "Rus Evi" ilə müqaviləni ləğv etməyi və Moskvaya qarşı təzyiqləri daha da artırmağı planlaşdırır.