Tayvan Çinin olası müdaxiləsi riskinə qarşı Ukraynanın hərbi təcrübəsini öyrənərək pilotsuz uçuş aparatları və insansız dəniz katerlərindən ibarət böyük donanma yaradır. Taybey administrasiyası Çin qoşunlarını adaya yaxınlaşarkən aşkar etmək və neytrallaşdırmaq üçün əsas diqqəti müasir pilotsuz texnologiyalara yönəldib.
"Postxronika.az" xəbər verir ki, dəniz və hava dronlarının əsas vəzifəsi Çin desantının adaya enməsini maksimum dərəcədə çətinləşdirmək və əsas müdafiə xətlərinin hazırlanması üçün zaman qazanmaqdır. Həmçinin Ukraynanın uzaq məsafəli zərbə təcrübəsindən istifadə olunaraq, hərbi əməliyyatlar başlayacağı təqdirdə limanlardan çıxan Çin gəmilərinə birbaşa hücumlar həyata keçirilməsi planlaşdırılır.
Tayvanın strateji planlarına əsasən, 2030-cu ilə qədər ayda 100 min ədəd dron istehsal olunacaq və bunların təxminən yarısı ixrac ediləcək. Həmçinin ölkə ordusunun yaxın illərdə 210 mindən çox hava və dəniz pilotsuz aparatı satın alması nəzərdə tutulur.