ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını gəmilərin hərəkəti üçün açacağı təqdirdə, nüvə sazişi imzalanmadan da İranla müharibəni başa çatdırmağa hazır olduğunu bildirib. Tramp köməkçiləri ilə özəl söhbətlərində bu variantı müzakirə edir.

"Postxronika.az" xəbər verir ki, Tramp üç əsas nüvə obyektinin məhv edilməsindən sonra İranın öz nüvə proqramını onun prezidentlik müddətinin sonunadək bərpa edə biləcəyini ehtimal etmir. Bu səbəbdən boğazdan gəmilərin təhlükəsiz keçidi təmin olunarsa, Vaşinqton atəşkəs rejimini qeyri-müəyyən müddətə saxlamaq niyyətindədir.

Su yolunun tam açılması halında Birləşmiş Ştatlar İran limanlarına tətbiq edilən hərbi-dəniz blokadasını da ləğv edə bilər. Ağ Evdən verilən rəsmi açıqlamada isə ABŞ-ın hərbi əməliyyat qarşısında qoyulan bütün tapşırıqları artıq yerinə yetirdiyi vurğulanıb.