Ukrayna hərbi qüvvələri Rusiya prezidenti Vladimir Putinin Qelencikdəki iqamətgahı yaxınlığında yerləşən hava hücumundan müdafiə (HHM) və radioelektron mübarizə (REM) sistemlərinə ardıcıl zərbələr endirir. Rusiya kİV-lərinin yaydığı məlumata görə, avqustun 7-də sözügedən ərazidə "Starlink" peyk rabitəsini basdıran və təxminən 20 kvadratkilometr sahəni qoruyan "Volna Kupol Garant" REM sistemi məhv edilib.
Postxronika.az xəbər verir ki, bu hadisədən iki gün sonra Ukrayna pilotsuz uçuş aparatları həmin mövqedən cəmi 500 metr aralıda yerləşən "S-400" zenit-raket kompleksini hədəfə alıb. Hadisə yerində yanğın üç saata yaxın davam edib və peyk təsvirləri ən azı bir buraxılış qurğusunun tamamilə sıradan çıxarıldığını təsdiqləyir.
Hərbi analitik Yan Matveyevin qiymətləndirməsinə görə, həyata keçirilən bu uğurlu zərbələrdən sonra Putinin sarayının yerləşdiyi rayonun hava müdafiə qalxanı gözəçarpan dərəcədə zəifləyib.