Tramp administrasiyası noyabr ayında keçiriləcək Konqres seçkiləri ərəfəsində poçtla səsverməni məhdudlaşdıra biləcək qaydanın tətbiqinə icazə verilməsi üçün ABŞ Ali Məhkəməsinə yenidən müraciət edib.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, administrasiyanın müraciəti federal hakim İndira Talvaninin yeni qaydanın qüvvəyə minməsinə mane olan qadağanı uzatmasından sonra təqdim olunub. Tramp administrasiyasını təmsil edən baş prokuror Con Zauer qaydanın dərhal qüvvəyə minməsini istəyərək qadağanın uzadılmasının ştatlarda bülletenlərin göndərilməsi prosesində “qarışıqlıq və xaos” yarada biləcəyini bildirib. Ali Məhkəmə hakimi Ketanji Braun Cekson müraciətə cavabların təqdim edilməsi üçün çərşənbə gününə qədər vaxt verib.

ABŞ Poçt Xidmətinin yeni qaydasına əsasən, ştatlar poçtla səsvermə bülletenlərini alan şəxslərin siyahılarını təqdim etməli, göndərilən və geri qaytarılan bülleten zərflərində isə unikal barkodlar olmalıdır.


Nuray Qafarzadə