Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası Saksoniya-Anhalt əyalətində keçirilən seçkidə əsas rəqiblərini geridə qoyub.

Postxronika.az BBC-yə istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən AfD 43,8 faiz, mühafizəkar Xristian Demokrat İttifaqı (CDU) isə 17,2 faiz səs toplayıb. AfD təkbaşına hökumət qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib.

AfD-nin Saksoniya-Anhaltdakı lideri Ulrix Ziqmund nəticəni "sensasiyalı" adlandıraraq partiyanın idarəçilik mandatı qazandığını bildirib.

Qeyd olunur ki, İkinci Dünya müharibəsindən sonra Almaniyada heç bir ifrat sağçı partiya əyalət hökumətinə rəhbərlik etməyib.