İsrailin Livanın cənubundakı Kfar Rumman yaşayış məntəqəsinə endirdiyi hava zərbələri nəticəsində azı 11 nəfər həlak olub.

Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Livanın dövlət mediasının məlumatına görə, ölənlərdən ikisi uşaqdır. Gecə yarısından sonra yaşayış binasına endirilən zərbə nəticəsində 9 nəfər, avtomobilə endirilən ikinci zərbə nəticəsində isə iki təcili yardım işçisi həlak olub.

İsrail ordusu məlumatları araşdırdığını bildirib.

Bazar günü İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində də 7 nəfər ölüb. Zərbələrin “Hizbullah”ın işğal olunmuş ərazilərdəki İsrail qoşunlarına qarşı PUA hücumlarına cavab olaraq həyata keçirildiyi bildirilib.

Livan Prezidenti Cozef Aun hücumları İsrail və “Hizbullah” arasındakı münaqişəyə son qoymaq məqsədilə iyun ayında ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsi təhlükə altına alan “təhlükəli gərginləşmə” adlandırıb.