Ağstafada rayon sakini bıçaqlanıb.

Postxronika.az xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal yardım edildikdən sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda H.Sadıqovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.