Kanadanın ABŞ məhsullarına qarşı tətbiq etdiyi cavab gömrük rüsumları çərşənbə axşamı qüvvəyə minib. Hazırda iki ölkə arasında yeni ticarət sazişinin əldə olunacağına dair irəliləyiş yoxdur.

Postxronika.az BBC-yə istinadən xəbər verir ki, yeni rüsumlar polad, mebel və pambıq köynəklər də daxil olmaqla, ümumi dəyəri təxminən 28 milyard Kanada dolları olan ABŞ məhsullarına şamil edilir. Rüsumların dərəcəsi 50 faizə qədər yüksələ bilər.

Kanada dəniz məhsulları sənayesinin etirazlarından sonra təzə balıq və omarı siyahıdan çıxarıb.

ABŞ və Kanada rəsmiləri saziş əldə etməkdə maraqlı olduqlarını bildirsələr də, avqustun sonlarında dayandırılan danışıqların bərpası istiqamətində irəliləyiş əldə olunmayıb.

Kanadanın Baş naziri Mark Karni ölkəsinin ABŞ ilə hər iki tərəfin maraqlarına uyğun “davamlı” saziş əldə etməyə hazır olduğunu bildirib. ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir isə növbəti addımın Kanadadan asılı olduğunu deyib.

Rəşad Hüseynov