Böyük Britaniyaya qayıdan Sasseks hersoqu və hersoginyası rəsmi tədbirlərdə iştirak etmək hüququ olan fəaliyyətdəki kral ailəsi üzvləri hesab edilməyəcəklər.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Kral III Çarlzın adından Sarayın yüksək vəzifəli şəxsi – Lord Çemberlen tərəfindən göndərilən məktubda Şahzadə Harri və Meqanın “Kral Əlahəzrətləri” titulundan istifadə edə bilməyəcəyi və özəl vətəndaş statusunda qalacağı bildirilib.
Məktub Harri və Meqanın uşaqları Arçi və Lilibetlə birlikdə Kaliforniyadan Böyük Britaniyaya qayıtmasından sonra onların statusuna aydınlıq gətirmək məqsədi daşıyır.
Saray mənbələrinə görə, məktub Harrinin komandasına, hökumət qurumlarına, hərbi rəsmilərə və monarxın yerli nümayəndələri olan lord-leytenantlara göndərilib.
Məktubda həmçinin Sasseks cütlüyünün keçirəcəyi hər hansı tədbirin özəl xarakter daşıyacağı və onların Kral ailəsini təmsil etməyəcəyi qeyd olunub.
Hüseynov Rəşad