ABŞ Prezidenti Donald Tramp Kanadanın “Bombardier” şirkətinə xəbərdarlıq edib. O, şirkətin istehsalını ABŞ-a köçürməyəcəyi təqdirdə ölkə bazarında satış həyata keçirə bilməyəcəyini bildirib.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Tramp “Truth Social” platformasında “Bombardier” məhsullarının artıq ABŞ-də satılmayacağını yazıb və şirkəti istehsalı ABŞ-yə köçürməyə çağırıb.
Bu açıqlama ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı, Kanadanın 20 milyard dollar dəyərində ABŞ məhsullarına cavab gömrük rüsumlarını qüvvəyə mindirməsinə bir neçə saat qaldığı vaxtda verilib.
“Bombardier” isə bəyanatında ABŞ-də minlərlə işçini çalışdırdığını və Amerika şirkətləri ilə tərəfdaşlığa böyük önəm verdiyini bildirib.
Şirkətin ABŞ-da Kanzas ştatında xüsusi təyinatlı hərbi təyyarələrin istehsal olunduğu zavodu fəaliyyət göstərir və burada 3 500 amerikalı işçi çalışır.
Rəşad Hüseynov